Məşhur aktyorun ölüm səbəbi bəlli oldu

Məşhur aktyorun ölüm səbəbi bəlli oldu
2833 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransalı məşhur aktyor Qaspar Ulielin faciəvi ölümünün təfərrüatları məlum olub.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ötən gün xizək sürərkən qəza keçirən 37 yaşlı aktyor hadisə zamanı dəbilqəsiz olub. O, dostlarına qoşulmaq üçün dönərkən başqa xizəkçi ilə toqquşub. Hadisədən sonra huşunu itirən Qaspar helikopterlə xəstəxanaya aparılıb. İki dəfə əməliyyat olunan aktyoru xilas etmək mümkün olmayıb.

Aktyorun qəza zamanı toqquşduğu digər xizəkçi isə heç bir xəsarət almayıb.

Qeyd edək ki, Q.Uliel "Uzun nişan", "Sen-Loran", "Stil mənəm", "Bu sadəcə dünyanın sonudur", "Hannibal" kimi filmlərdəki obrazlarıyla tanınıb.