Almaniyalı məşhur aktyor və yazıçı Hardi Kryuger vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor 93 yaşında Amerikanın Kaliforniya ştatında dünyasını dəyişib.
Onun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, "Qızıl qlobus" mükafatına namizəd olan aktyor "Hatari!", "Vəhşi qazlar", "Körpü çox uzaqdır" kimi filmlərdəki rolu ilə məşhurlaşıb.