Türkiyəli aktrisa Serenay Sarıkaya ötən gün avtomobildə olarkən şiddətə məruz qalıb.
Axşam.az xəbər verir ki, hadisə aktrisa İstanbulun Etilər səmtindəki evinə gedərkən baş verib. Naməlum şəxs Serenayın olduğu maşına yaxınlaşaraq nəqliyyat vasitəsini təpikləyib.
Hadisənin ardından aktrisa polisə şikayət ərizəsi yazıb.
Məlum olub ki, adı açıqlanmayan şəxs aktrisanın pərəstişkarı imiş və bir müddətdir onu təqib edirmiş. Hadisə ilə bağlı araşdırma davam edir.
Baş verən hadisə Serenayla bir neçə gün əvvəl ayrılan sevgilisi, iş adamı Umut Evirqanı da barışdırıb. Belə ki, hadisəni eşidən Umut Serenaya zəng edib və onun evinin yanına mühafizəçilər yerləşdirib.
