“Minilliyin səsi” titulunun sahibi, braziliyalı müğənni, bəstəkar Elza Suares 91 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, ifaçı ötən gün Rio-de-Janeyrodakı evində təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, sənətçi karyerasına 1950-ci illərin əvvəllərində başlayıb. Müğənni karyerası ərzində 34 albom çıxarıb ki, onlardan sonuncusu 2019-cu ildə işıq üzü görüb.