ABŞ-ın Qərbi Virciniya ştatında jurnalist Tori Yorqinini maşın vurub.
Axşam.az xəbər verir ki, "WSAZ" telekanalının müxbiri olan qız efirdə canlı yayıma girib. Həmin anın görüntülərini hadisənin görüntülərini amerikalı jurnalist Li Key Hovard öz tviter hesabında yayımlayıb.
Müxbirin avtomobilin təsirindən yerə yıxılması videoda əks olunub. O, daha sonra ayağa qalxaraq, güclü zədə almadığını bildirib.
"Canlı yayımdır, ola bilər. Amma yaxşıyam. Bütün həyatım gözümün önündən keçdi" deyə, Tori Yorqi əlavə edib.