Türkiyəli aktrisa Burcu Biricik aktrisalıqdan öncə məşğul olduğu peşəni açıqlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa müsahibəsi zamanı açacaqları otel barədə də danışıb:
"Xəbərlərdə "milyon xərclənir yazılıb" elə bir şey yoxdur. Belə bir xəyalım var idi, gerçək oldu. Xəbərim yoxdur, mən əvvəllər ofisiant işləyirdim. Bildiyim bir iş olacaq".
Qeyd edək ki, Burcu Biricik hazırda "Camdaki kız" serialında rol alır.