Müğənnilər Şəkidə konsert verdi - fotolar

Müğənnilər Şəkidə konsert verdi -  fotolar
3091 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən Şəkidə “Kanal S” regional telekanalının təşkilatı dəstəyi ilə Ulu öndər Heydər Əliyevin 91 illiyinə və "Gül bayramı"na həsr olunan konsert keçirilib.

Axşam.az-ın xəbərinə görə, tədbirdə xalq artisti Könül Xasıyeva, əməkdar artist Əlixan Səmədov, müğənnilər Roza Zərgərli, Günay İbrahimli, Sevinc Ağaşirinova, reper Qurd, Türkiyənin “Pankart” rok qrupu və başqaları iştirak edib.

Səhnəyə Azərbaycan bayrağı ilə çıxan “Pankart” əvvəl öz repertuarından bir neçə mahnı oxuyub,  daha sonra da Roza Zərgərli ilə duetlərini şəkili tamaşaçılara təqdim ediblər.

Məşhur türk aktrisası Səlma Kutlunun da iştirak etdiyi bayram konsertinin aparıcıları şoumen Murad Dadaşov və Türkiyədə yaşayan həmyerlimiz, aktrisa Məlahət Abbasova olub.