Xalq artisti Zülfiyyə Xanbabayeva dünən ulu öndər Heydər Əliyevin 91 illiyi və “Gül bayramı” münasibətilə keçirilən tədbirdə çıxış edib.
Axşam.az-ın məlumatına görə, sevilən mahnılarını səsləndirən müğənni səhnə arxasında əməkdar artist Abbas Bağırovla da görüşüb. Xeyli söhbət edən ifaçılar birlikdə müsahibə də veriblər.
Hər zaman qara libasla görünən müğənni bu dəfə göy paltar geyinib.
Qeyd edək ki, anası dünyasını dəyişəndən sonra Z.Xanbabayeva səhnədən uzaqlaşmışdı. Xalq artisti uzun fasilədən sonra yenidən konsertlərə qatılmağa başlayıb.
Foto: Rəşad ABBASOV