Arnold Şvarseneqqer qəza keçirdi - Fotolar

Arnold Şvarseneqqer qəza keçirdi - Fotolar
965 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktyor Arnold Şvarseneqqer avtomobil qəzası keçirib.

Axşam.az xəbər verir ki, hadisə ötən gün Los-Ancelesdə baş verib. Hollivud ulduzunun keçirdiyi qəzada bir neçə avtomobil zədələnib.

Məlumata görə, aktyor idarə etdiyi "Yukon" markalı avtomobillə hərəkətdə olarkən əvvəlcə "Prius" markalı maşınla toqquşub, ardından isə "Porsche Cayenne"ə dəyib.

Qadın sürücülərdən biri ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Aktyor isə heç bir xəsarət almayıb.