"House of Gucci"də bu səhnələr silinib - Fotolar

"House of Gucci"də bu səhnələr silinib - Fotolar
693 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Ledi Qaqa səs-küylü "Gucci-nin evi" ("House of Gucci") filmi ilə bağlı etiraf edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçı Salma Hayakla olan yataq səhnələrinin ekran işindən çıxarıldığını bildirib.

Maurisio Quccinin keçmiş arvadı Patrisiya Recan obrazını canlandıran Ledi bu haqda filmin tanıtım gecələrindən birində müsahibəsində danışıb. O qeyd edib ki, ssenariyə əsasən Patrisiya və Salma Hayakın canlandırdığı ekstrasens Pino Auriemmoy arasında yaxınlaşma olur. Final montajda həmin ektiraslı səhnələr kəsilib.

Qeyd edək ki, məşhur modelyer Maurisio Quççinin həyatından bəhs edən filmin premyerası noyabrlın 9-da olub.