İstirahətləri üçün 76 milyon xərclədilər - Fotolar

İstirahətləri üçün 76 milyon xərclədilər - Fotolar
1523 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaca məşhur müğənni Tina Törner və həyat yoldaşı, prodüser Ervin Bax İsveçrədə yeni malikanə alıb.

Axşam.az xəbər verir ki, mülk cütlüyə 76 milyon dollara başa gəlib. Onlar sözügedən villadan yalnız həftəsonları dincəlmək üçün istifadə edəcək.

Sürix gölünün ətrafında, 22 min kvadratmetrlik ərazidə yerləşən malikanə 10 binadan ibarətdir.

Ervin pandemiya ilə əlaqədar səyahət edə bilmədikləri üçün belə bir addım atdıqlarını bildirib.