Üç illik münasibət bitdi

Üç illik münasibət bitdi
593 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Emma Robertslə amerikalı aktyor, müğənni Qarrett Hedlund ayrılıb.

Axşam.az xəbər verir ki, bu barədə "People"a cütlüyə yaxın olan anonim mənbələr bildirib.

Cütlük artıq bir neçə həftədir yollarını ayırıb. İkilinin bu addımı atmasına səbəb uzun müddətdir münasibətlərdə problemlərin olması olub.

Qeyd edək ki, Emma və Qarret 2019-cu ildən birlikdə idi. Rəsmi nikahları olmayan cütlüyün Rodos adlı oğlu var.