Məşhur aktrisanı filmə çəkməyən şirkətdən 5 milyon istəyirlər

Məşhur aktrisanı filmə çəkməyən şirkətdən 5 milyon istəyirlər
1014 dəfə oxunub
  • A-
  • A
  • A+

Əslən kubalı olan Hollivud ulduzu Ana de Armasın pərəstişkarları "Dünən" filmini ekranlaşdıran şirkəti məhkəməyə verib.

Axşam.az xəbər verir ki, buna səbəb filmin treylerində təqdim olunan aktrisanın ekran işində yer almaması olub.

Piter Maykl Rosza və Konor Vulf adlı iki nəfər filmi icarəyə götürmək üçün 3,99 dollar ödədiklərini və Ananın ekran işində yer almamasına görə zərər etdiklərini bildiriblər.

2019-cu ildə çəkilən filmə görə "Universal Pictures"ə qarşı məhkəmədə iddiası qaldırılıb. Şirkət yalan və aldadıcı reklamlar hazırlamaqda ittiham edilib. 

İddiaçılar şirkətdən 5 milyon dollar təzminat tələb ediblər.