Qalmaqallardan sonra ilk dəfə filmə çəkiləcək

Qalmaqallardan sonra ilk dəfə filmə çəkiləcək
919 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktyor Conni Depp keçmiş həyat yoldaşı Amber Hardla qalmaqallı şəkildə boşandıqdan sonra ilk iş təklifini alıb.

Axşam.az xəbər verir ki, o, Amberin şiddət iddialarının ardından ilk dəfə böyük ekrana qayıtmağa hazırlaşır. “Variety”in məlumatına görə, Conni Depp fransız kinorejissor Mayvennin tarixi filmində rol alacaq. Aktyor 58 il hakimiyyətdə olan kral XV Lüdoviqi canlandıracaq.

Bildirilir ki, çəkilişlər bu ilin yayında Parisdə, Versal sarayında aparılacaq.

Ekran işində Mayvenn də rol alacaq. O, XV Lüdovikin məşuqəsi qrafinya Janna Dyubarrini canlandıracaq.

Qeyd edək ki, haqqında çıxan iddiaların ardından Depp bir neçə təklifdən imtina etməli olub. Daha sonra heç bir layihəyə dəvət almayan aktyor Hollivudda onu boykot etdiklərini bildirib.