Sezen Aksudan tənqidlərə cavab - "Yazmağa davam edəcəyəm"

Sezen Aksudan tənqidlərə cavab - "Yazmağa davam edəcəyəm"
6335 dəfə oxunub
  • A-
  • A
  • A+

“Şahane bir şey yaşamaq” adlı mahnısındakı “Salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə görə tənqid olunan türkiyəli müğənni Sezen Aksu səssizliyini pozub.

Axşam.az xəbər verir ki, sənətçi 2010-cu ildən bəri qələmə aldığı mahnıların siyahısını paylaşaraq onu dəstəkləyənlərə təşəkkürünü bildirib:

“Əvvəla, fərdi və ya korporativ, o cümlədən televiziyada açıq seanslarda problemi anlamağa çalışan, dəstək mesajları verən, zəng edib soruşan, bütün tanıdığım, tanımadığım dostlarıma təşəkkür edirəm. Bildiyiniz kimi, mövzu mən deyiləm, ölkədir. Özümü tanımağa başlayandan müxtəlif insanlıq hallarını müşahidə edib, bunları sözə çevirdiyimi bilirsiniz. Nəticə olaraq 47 ildir yazıram. Yazmağa da davam edəcəyəm”.

Qeyd edək ki, sözügedən mahnıda S.Aksunun "cahil" ifadəsini işlətməsi İslam dünyasına və bütün insanlığa qarşı təhqir kimi qiymətləndirilib. Hətta Zonquldaqda yaşayan ölkə vətəndaşlarından biri onu məhkəməyə verib. Bəzi vətəndaşlar isə onun evi önündə aksiya keçirib. İfaçını tənqid edənlər arasında sənət dostları ilə yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yer alıb.