Axşam.az-ın məlumatına görə, prodüser “Eurovision” təmsilçimiz Dilarə Kazımovanı dəstəkləməyə gedib. Səfər zamanı çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşan Tolik Azərbaycanın təmsilçisinə uğurlar arzulayıb. Onunla birlikdə Kopenhagendə aparıcılar Hüsniyyə, Tural Əsədov da yer alıb.
Qeyd edək ki, bu gün “Eurovision” müsabiqəsinin finalı baş tutacaq. Dilarə Kazımova finala vəsiqə qazanan iştirakçıların siyahısındadır.