Sosial şəbəkədə müğənni Xatun Əliyevanın yeni fotoları yayılıb.
Axşam.az-ın məlumatına görə, təzə klipinin çəkilişləri zamanı lentə alınan fotolarda sənətçi fərqli imicdədi. Bu barədə danışan Xatun hətta boğazına it zənciri taxdığını da etiraf edib:
“Vallah boğazımdakılar it zənciridir. Bu, səkkizinci klipimdir. Çox əziyyət çəkdik. Allah əziyyətimizi yerdə qoymasın. Əsas odur ki, bəhrəsini görəndə naşükür olmayasan”.
“Sən gəlmədin” adlı mahnıya çəkilən klipin rejissoru Nail Naiboğludur.