Şahzadə oyuncaq ayıları üçün işçisini özəl təlimə göndərib

Şahzadə oyuncaq ayıları üçün işçisini özəl təlimə göndərib
737 dəfə oxunub
  • A-
  • A
  • A+

İllər əvvəl Bukingem sarayında çalışan Şarlotte Brigs adlı qadın Böyük Britaniya kraliçası II Yelizavetnın ortancıl oğlu şahzadə Endryu haqda maraqlı açıqlama verib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Brigs, Endryunun dünyanın fərqli yerlərindən alınan 72 ədəd dənizçi geyimlərində oyuncaq ayılarının olduğunu deyib.

Şarlotte ayıları yatağın ətrafına yerləşdirmək üçün özəl dərs də aldığını bildirib.

Qeyd edək ki, Böyük Britaniya kraliçası II Yelizaveta bir neçə gün əvvəl yetkinlik yaşına çatmayan azyaşlının cinsi istismarında təqsirli bilinən oğlu şahzadə Endryunu hərbi rütbələrindən və kral himayəsindən məhrum edib.