Xalq artistləri Brilliant Dadaşova ilə Zülfiyyə Xanbabayevanın küsülü olması haqda yayılan xəbərlərə son qoyulub.
Axşam.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, Brilliant Dadaşovanın meneceri Hüseyn Cavadzadə sosial şəbəkədə dünən keçirilən konsertlərin birində sənətçilərin birlikdə çəkdirdiyi fotosunu paylaşıb və aralarında heç bir problem olmadığını qeyd edib.
Qeyd edək ki, konsertlərin birində salamlaşmayan xalq artistlərinin küsülü olduğu haqda "ATV maqazin" verilişi süjet yayımlamışdı.