Axşam.az türk mediasına istinadən xəbər verir ki, sözügedən videoya münasibət bildirənlərdən biri də aktrisa Hazal Kaya olub.
O, Esranı tənqid edərək 18 yaşlı bir qızı canlı yayında insanların gözü önündə bu cür alçaltmasını şou adlandırıb:
"Kamera qarşısında o balaca qızın üzünə-üzünə qışqıraraq dediklərinin öldürülən, şiddətə məruz qalan qadınlara "Orada nə işin vardı" deməkdən nə fərqi var? Sən kimsən ki, efirə çıxmaq istəməyən, ağır travma alan qadının üzərindən şou göstərirsən?".
İzləyicilərin bir çoxu Hazala dəstək çıxıb.