Bu yaxınlarda türk pop müğənnisi Kənan Doğulu ilə nikah masasına oturmağa hazırlaşan aktrisa Beren Saat 2004-cü ildə yol qəzasında itirdiyi sevgilisini unutmayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl İnstaqramda hesab açan aktrisa keçmiş sevgilisi Gürayın fotosunu paylaşaraq “yaxşı ki, dünyaya gəldin! Sənsiz 10 dəfə” şərhini yazıb.