ABŞ serialında Azərbaycana qarşı təxribat - Video

ABŞ serialında Azərbaycana qarşı təxribat - Video
5535 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın "FOX" telekanalında yayımlanan “The cleaning lady” ("Təmizləyici qadın") adlı serialında Azərbaycana qarşı təxribata yol verilib.

Axşam.az xəbər verir ki, ekran işinin üçüncü bölümündə iki erməni ailəsinin toyu canlandırılıb.

Baş rol ifaçılarından biri isə çıxışı zamanı bu sözləri səsləndirib:

“Xalqımız bu qədər kədər və itkilər yaşayıb. Bizim harada olmağımızdan, hara getməyimizdən asılı olmayaraq, Ermənistan həmişə bizim evimiz olacaq. Buna görə də fəxrlə bildirirəm ki, torpağımızı Azərbaycandan geri almağımız üçün oğlum Tariki erməni ordusuna göndərirəm. Əminəm ki, biz hamımız onunla fəxr edəcəyik”.

Serialda diqqət çəkən məqamlardan bir digəri isə həmin toyda çalğıçıların əlində Azərbaycanın milli musiqi alətləri qarmon və nağaranın olmasıdır. Bundan başqa ifa edilən mahnının melodiyası milli musiqimiz "Heyvagülü" ilə eynidir.