Türkiyəli aktrisa İrem Helvacıoğlu ailəsinin və özünün ölümlə hədələndiyini açıqlayıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisa 4 il əvvəl Çeşmədə tapıb sahibləndiyi Patpat adlı itinin öldürüldüyünü bildirib. İrem hadisəni törədən şəxs tərəfindən təhdidlər aldığını deyib.
Məsələ ilə bağlı polisə müraciət edən aktrisa və yaxınları qoruma altına alınıb. Sözügedən şəxs saxlanılıb.
Qeyd edək ki, İrem hazırda "Kaçış" adlı serialda rol alır. Çəkilişləri gedən ekran işi yaxın günlərdə yayıma başlayacaq.
