Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 182 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 93 261 nəfər COVID-19 infeksiyasına yoluxub, 93 438 nəfər isə sağalıb.