Türkiyədə yarışma iştirakçısı intihar edib, yoxsa öldürülüb?

Türkiyədə yarışma iştirakçısı intihar edib, yoxsa öldürülüb?
2076 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bizim köyün kızları" verilişi ilə məşhurlaşan Kübra Ece 4-cü mərtəbədən yıxılaraq həyatını itirib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 30-da səhər saatlarında qeydə alınıb. Onun binadan necə yıxıldığı hazırda istintaqa məlum deyil. İntihar olaraq qiymətləndirilən hadisənin daha sonra cinayət ola biləcəyi də istisna edilməyib.

Polis hadisə zamanı evdə olan - aralarında biri xarici ölkə vətəndaşı olmaqla 7 nəfərin ifadəsini almaq üçün şəxsləri bölməyə aparıb.

Kübranın sevgilisi olduğunu iddia edən M.E.Ş. adlı şəxs aralarında qısqanclıq zəminində mübahisə yarandığını və bundan sonra özünü binadan atdığını bildirib.

Kübranın yaxınları isə açıqlama verərək onun münasibətdə olduğu şəxsin olmadığını vurğulayıblar.