Aktyor, "Büyük ev ablukada" qrupunun solisti Bartu Küçükçağlayan ata olub.
Axşam.az xəbər verir ki, bu barədə aktyor instaqram hesabında paylaşım edib. O, yeni doğulanların qeydiyyata alınması idarəsində çəkdiyi şəkli yayımlayaraq xəbəri izləyiciləri ilə bölüşüb. Aralarında bir çox tanınmış simanın yer aldığı təbriklər arasında "Qızına qovuşdu" şərhi yazılıb.
Xatırladaq ki, B.Küçükçağlayan "Yalan dünya, "Min bir gecə" kimi bir sıra seriallarda rol alıb. O, 2019-cu ildə psixoloq Merve Küçükçağlayanla ailə qurub.
