Cənubi Koreyanın məşhur "BTS" pop-qrupunun solisti Pak Çi-min əməliyyat masasına uzanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni bazar günü qarın və boğazındakı kəskin ağrı səbəbiylə xəstəxanaya yerləşdirilib. O, bazar ertəsi apendisitdən (korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabı) əməliyyat olunub.
Hazırda özünü yaxşı hiss edən Pak Çi-min bir neçə gün xəstəxanada qalacaq.