Onların ilk övladı dünyaya gələcək - Fotolar

Onların ilk övladı dünyaya gələcək - Fotolar
819 dəfə oxunub
  • A-
  • A
  • A+

"Transformerlər" filminin ulduzu, amerikalı məşhur aktyor Şaya Labafla həyat yoldaşı, aktrisa-model Mia Qot valideyn olmağa hazırlaşır.

Axşam.az xəbər verir ki, aktrisanın hamilə olduğu paparatsilərin lentə aldıqları görüntülərdə ortaya çıxıb. İkili məsələni gizli saxlamağa çalışırdı. Bu, cütlüyün ilk övladı olacaq.

Qeyd edək ki, Şaya və Mia 2012-ci ildə "Nimfoman" filminin çəkilişlərində tanış olub. 2016-cı ildən ailə quran cütlük 2 il sonra ayrılmağa qərar versə də, bir müddət sonra yenidən barışıblar.