Sənət yoldaşları Xanım Qafarovanı təbrik etdi

Sənət yoldaşları Xanım Qafarovanı təbrik etdi
2916 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mayın 9-da respublikanın əməkdar artisti Xanım Qafarovanı ziyarət edib.
 
Axşam.az-ın məlumatına görə,  həmin gün aktrisanın doğum günü olub.  Sənət yoldaşlarının bu əlamətdar tarixdə onu xatırlaması, uzun zamandır, ağır xəstəliklə mübarizə aparan aktrisaya ruh yüksəkliyi verib, mənəvi kömək olub.

“Teatr kollektivi sağ olsun, məni heç vaxt unutmayıb, çətin anlarımda həmişə dəstək veriblər. Ad günü təbriki də xoş sürpriz oldu. Özəlliklə gənclərin ziyarətini mən, sənətə, sənətkara verilən dəyər kimi qiymətləndirirəm” - deyən aktrisa,  gələn dəfə həmkarları ilə səhnədə görüşmək arzusunda olduğunu bildirib.