Amerikalı aktyor Denzel Vaşinqton "Makbetin faciəsi" filmindəki roluna görə, yenidən "Ən yaxşı aktyor" nominasiyası üzrə "Oskar" mükafatına namizəd seçilib.
Axşam.az xəbər verir ki, aktyorun 10-cu dəfə namizədliyinin irəli sürülməsi ilə yeni rekorda imza atıb. Bunla da Denzel sözügedən nominasiyaya ən çox namizəd seçilən ilk qaradərili aktyor kimi tarixə düşüb.
Digər tərəfdən yalnız 1990 və 2002-ci illərdə "Oskar"a layiq görülən Hollivud ulduzu 20 ildir bu mükafatı ala bilmir.
Xatırladaq ki, martın 27-də mükafat 94-cü dəfə sahiblərinə təqdim olunacaq.
Qeyd edək ki, Dizedən əvvəl bu ünvan aktyor Sidni Puatyeyə məxsus idi. Qaradərili aktrisalar arasında isə Viola Devis 4 dəfə nominat olub.