Son halı hər kəsi təəccübləndirdi - Fotolar

Son halı hər kəsi təəccübləndirdi - Fotolar
1800 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin bir zamanlar məşhur televiziya simalarından olan Meriç Erkanın son halı təəccübləndirib.

Axşam.az xəbər verir ki, aktyor sonuncu verdiyi açıqlamada adını Mahmud olaraq dəyişdiyini və dinə bağlandığını bildirib. Bundan başqa, "Nasuh tövbəsi" edən aktyor addım atdığı yeni həyata qarşı hislərini belə ifadə edib:

"Eyni adamam, amma həyat insanları fərqli istiqamətlərə çəkir. İndi dinə daha uyğun şəkildəyəm. Bu Rəbbimlə aramda olan hesablaşmadır. Necə belə yaşaya bilmişik? Kimisə mühakimə etmirəm, biz də bu yoldan keçmişik.

Ən sonda kəfəni geyinəcəyik. Lüks avtomobillərdən sonra cənazə maşınına minəcəyik. O gözəl villalardan sonra qəbirə. İndi isə Mahmutla güvəndəyəm".

Qeyd edək ki, Meriç Erkan evlilik proqramında aktrisa Ahu Tuğba ilə yaşadığı eşq macərası ilə məşhurlaşıb.