"Mucize doktor"un Gülini ərə gedir - Fotolar

"Mucize doktor"un Gülini ərə gedir - Fotolar
1490 dəfə oxunub
  • A-
  • A
  • A+
"Mucize doktor" serialında "Gülin" obrazına həyat verən aktrisa Merve Bulut evlilik təklifi alıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa sevgilisi Tolqa Hırsavanın doğum günündə sürprizlə qarşılaşıb. Evlilik təklifi alan Bulut "hə" cavabı verib.

Qeyd edək ki, aktrisa Hırsava ilə serial çəkilişi zamanı tanış olub. Tolqa "Mucize doktor"un çəkiliş heyətində yer alıb.