Bahalı makiyaj vasitələri, tanınmış stilistlərin əl işləri - bunlar hər biri məşhurlar üçün önəmli rol oynasa da, onlar makiyajsız görünməkdən də çəkinmirlər.
Axşam.az xarci mətbuata istinadən xəbər verir ki, sağlam həyat tərzinə üstünlük verən ulduzlar dərilərinin nəfəs alması üçün təbii gözəlliyi seçirlər.
Komplekssiz şəkildə fotolarını çəkərək sosial şəbəkələrdə paylaşan ulduzların bu şəkilləri pərəstişkarları tərəfindən böyük diqqət görür. Aktrisalar Şarliz Teron, Keyt Uinslet, müğənni Rihanna, modellər Bar Rafaeli, Jizel Bundhen, Miranda Kerr kimi tanınmışların yer aldığı həmin siyahını təqdim edirik: