Türkiyəli aktrisa Dilan Çiçək Dəniz mükafatlandırma gecəsində müxbirlərlə şəxsi həyatı barədə danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, islandiyalı rejissor Thor Saevarssonla nişanlanan aktrisa toy tarixlərini açıqlayıb:
"Yayda evlənmək istəyirik. Amma ikimizin də hazırda işləri çox olduğu üçün hazırlıq görə bilmirik. Yaxın zamanda başlayarıq. Xəbəriniz olacaq".
Qeyd edək ki, cütlük ötən ilin dekabrında nişanlanıb.