Demet Akalının bu səhvi lağa qoyuldu - Foto

Demet Akalının bu səhvi lağa qoyuldu - Foto
1593 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Demet Akalının növbəti paylaşımı gündəm olub.

Axşam.az xəbər verir ki, ifaçı məşhur onlayn alış-veriş saytından məhsul vurmaq istəyərkən dələduzluqla üzləşdiyini iddia edərək foto paylaşıb. O, şəklə "Almayın! 300 lirəlik ütü əvvəl 600, sonra 940 oldu. 1 saniyənin içində! İnsanları dolandırırsınız, sizi şikayət edəcəyəm" şərhini yazıb.

Onun bu paylaşımı sosial media izləyiciləri tərəfindən lağa qoyulub.

D.Aklının əslində bir ədəd ütü almaq əvəzinə 3 ədəd seçim etməsinin qiymət artımına səbəb olduğu və müğənninin bunun fərqinə varması gülüş hədəfinə çevrilib.