"Enigma" adlı dünyanın ən böyük kəsilmiş qara almazı satılıb.
Axşam.az xəbər verir ki, 555,55 əyyar olan almaz "Sothebys" tərəfindən Londonda keçirilən hərracda adı açıqlanmayan şəxsə kriptovalyuta qarşılığında təqdim olunub. Satış 3 milyon 161 min sterlinq müqabilində baş tutub.
Qeyd edək ki, almaz emaldan əvvəl (1999-2000) 800 əyyar olub. Qiymətli daş 2006-cı ildə Ginnesin Rekordlar Kitabına "Dünyanın ən böyük kəsilmiş almazı" kimi daxil olunub. Amerika Gemstones İnstitutu (GIA) isə bu daşı "Dünyanın ən böyük təbii rəngli qara almazı" kimi qiymətləndirib.
