Meqan Foks rəsmən boşandı

Meqan Foks rəsmən boşandı
926 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktrisa-model Meqan Foks və aktyor Brayan Qrin 2020-ci ildə ayrıldıqlarını elan etmişdilər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aralarında yaranan soyuqluğa görə məhkəməyə müraciət edən cütlük iki ildən sonra rəsmi şəkildə boşanıb.

Qeyd edək ki, Meqan Foks və aktyor Brayan Qrin 2004-cü ildə tanış olub, 2010-ci ildə isə ailə həyatı qurub. Onların bu evlilikdən 3 uşağı dünyaya gəlib. Aktrisa hazırda repçi Kolson Beykerlə münasibətdədir. Repçi bu ilin əvvəlində Meqana evlilik təklifi edib.