Şairə Leyli İsrafilova və bəstəkar Hakan Erol türkiyəli ifaçı Mustafa Ceceli ilə bir araya gəlib.
Axşam.az-ın məlumatına görə, tanınmışların görüşünə səbəb yeni işbirliyidir. Belə ki, Mustafa Ceceli Hakan Erolun yeni bəstəsini səsləndirib. Bu mahnı türkiyəli ifaçının yeni albomunda yer alacaq.
Qeyd edək ki, xalq artisti Aygün Kazımova bu haqda “Onlar” verilişinə açıqlamasında deyib. O, Mustafa Cecelinin Hakan Eroldan aldığı lirik bəstənin “Bir anlıq” adlandığını bildirib.