Məşhur model Naomi Kempbell ana olduğunu açıqlasa da, uzun müddət bu haqda sualları cavabsız qoyub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Naomi övladının atası, onun harada doğulduğu haqda bütün məlumatı bu günə kimi gizli saxlayıb.
İngilis mediası modelin qızı ilə bağlı xəbərlər yaymağa başlayıb. Bildirilib ki, Naominin qızının atası Nyu-Yorkda yaşayan iş adamı, milyarderdir. Model illərdi övladının surroqat ana vasitəsilə dünyaya gəldiyini açıqlamaqdan da qaçıb. O, bu haqda "Vogue" dərgisinin Britaniya versiyasında müsahibəsində bəhs edib.
Dərginin baş redaktoru modelin yaxın dostu Edvard Ennifuldur. O, bütün sirrləri dostunun jurnalında açıqlamaq qərarına gəlib. Sözügedən müsahibə isə martda işıq üzü görəcək.