Sərdar Ortaçın 40 milyonluq vəsiyyəti

Sərdar Ortaçın 40 milyonluq vəsiyyəti
787 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Sərdar Ortaç vəsiyyətini açıqlayıb.

Axşam.az xəbər verir ki, ifaçı 40 milyon dəyərində olan mülkünün satılaraq pulun paylanılmasını istəyib.

"Hələ vəsiyyətimi yazmamışam, amma şifahi olaraq vəkillərə çatdırmışam. Qiyməti 40 milyon olan evim var. Vəfatımdan sonra onun satılmasını və oradan qardaşlarıma, bütün işçilərimə və orkestrimə pay verilməsini istəyirəm. Bir hissəsinin isə "Mehmetçik" vəqfinə, şəhid ailələrinə paylanmasını istəyirəm" deyə, Sərdar bildirib.