Alişanla Buse arasındakı problemin səbəbi bəlli oldu

Alişanla Buse arasındakı problemin səbəbi bəlli oldu
3895 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir boşanacaqları xəbəri ilə gündəmdən düşməyən müğənni Alişanla aktrisa Buse Varolun aralarında yaranan gərginliyin səbəbi barədə yeni iddia ortaya çıxıb. 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Söylemezsem olmaz" proqramında deyilənlərə görə, Alişan qızının doğum günü şənliyində tortun üzərində vəfat edən qardaşı Selçukun şəklinin olmasını istəyib. Buse isə buna etiraz edərək "qətiyyən olmaz, ailə arasında qeyd etdiyimiz zaman o tortdan hazırladarıq" söyləyib. 

Bu səbəbdən də cütlük arasında gərginlik yaranıb.

Qeyd edək ki, bir neçə gün əvvəl cütlüyün ayrılmaq üçün gizli şəkildə prosedurlara başladığı deyilmişdi. Alişan isə xəbərləri yalanlamışdı. Onların bu evlilikdən iki övladı var.