Ukraynalı müğənni Maruvla həyat yoldaşı Aleksandr Korsunun övladı olacaq.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı ad günündə instaqram hesabında fotolar paylaşaraq məlumat yayıb.
“Bu gün ad günümdür və sizinlə bu inanılmaz xəbəri paylaşmağa hazıram. Aleksandrla mən körpə gözləyirik. Bizə görə bu, ən heyrətamiz hədiyyədir” deyə, Maruv yazıb.