Lənkəranda doğulan Rusiyanın Əməkdar artisti vəfat etdi

Lənkəranda doğulan Rusiyanın Əməkdar artisti vəfat etdi
822 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Əməkdar artisti Gennadi Mitrofanov 81 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə Ümumrusiya Karlar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, G.Mitrofanov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.  

Qeyd edək ki, sənətçi 1940-cı ildə Lənkəran rayonunun Liman şəhərində doğulub. O, 2 yaşında olarkən soyuqdəymə səbəbindən eşitmə qabiliyyətini itirib. Aktyor “Çarli haradadır?”, “Romeo və Cülyetta”, “Albalı bağı” tamaşalarında, “Boris Qodunov”, “Dalğalar üzərində qaçan”, “Alçaqlar” filmlərində oynayıb.