Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 309 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 94 730 nəfər COVID-19 infeksiyasına yoluxub, 102 673 nəfər isə sağalıb.