Bollivudun məşhur hind bəstəkarı və müğənnisi Bappi Lahiri (əsl adı Alokesh Lahiri) vəfat edib.
Axşam.az xəbər verir ki, bu gün gecə saatlarında Mumbay klinikalarından birində 69 yaşında dünyasını dəyişib.
"Press Trust of India"nın məlumatına görə, ölüm ifaçının yuxuda obstruktiv yuxu apnesi (nəfəs almağı dayandırması) səbəbindən baş verib.
Qeyd edək ki, Lahiri hind kinosunun musiqisində diskoteka üslubunun banisi hesab olunur. O, 1970-1980-ci illərdə bir çox məşhur filmlərin bəstəkarı olub. "Disko rəqqas" (1982), "Rəqs et, rəqs et" (1987), "Sevgi, sevgi, sevgi" (1989) və s. kimi filmlərin musiqisinin müəllifidir. O, bu filmlərdəki mahnıların bəzilərini Lahirinin özü ifa edib.