Türkiyəli aktrisa Alina Boz və özündən 16 yaş böyük olan nişanlısı Mithat Can Özer eyni evdə yaşamaq qərarı alıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük Zekeriyaköydə ayı 45 min lirə olan villa kirayələyib.
Qeyd edək ki, 3 ildir birlikdə olan cütlüyün bu yaxınlarda ayrıldığı iddia edilmişdi.
Alina "Süslü korkuluk" serialında aktyor Çağatay Ulusoyun tərəf müqabilidir.