Böyük Britaniya kraliçası II Yelizaveta itlər üçün ətir buraxmağa hazırlaşır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "The Happy Hounds Dog Cologne" adlı "unisex" (həm qadın, həm də kişi üçün) ətir berqamot, sitrus, müşk kimi notlardan ibarət olacaq.
Təbii ki, onların satışı ilə Yelizaveta özü məşğul olmayacaq. Türistlər üçün satılması planlaşdırılan ətir kraliçanın əmlak suvenir mağazasında kral emblemi təsəvvür olunmuş flakonda müştərilərə təklif ediləcək. Onların qiyməti isə 9,99 funt-sterlinq olacaq.