“Cennet mahallesi” serialının azyaşlı aktrisası Belemir Temizsoy ailə həyatı qurmağa hazırlaşır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda “Ayşe” obrazına həyat verən aktrisa hazırda 24 yaşındadır. “YouTube” kanalı istifadə edən Belemir eyni zamanda tibb bacısı kimi də fəaliyyət göstərir. Aktrisa kanalı vasitəsi ilə 3 ilə yaxındır birlikdə olduğu sevgilisi ilə evlilik hazırlığında olduğunu bildirib.
Belemirin son halı İnstaqramda da böyük marağa səbəb olub, izləyicilər onu tanımaqda çətinlik çəkdiyini qeyd ediblər.

