Şiddətə görə əri 3, özü isə 5 illik həbs oluna bilər

Şiddətə görə əri 3, özü isə 5 illik həbs oluna bilər
1353 dəfə oxunub
  • A-
  • A
  • A+

Futbolçu Özer Hurmacı ilə həyat yoldaşı Mihriban Hurmacı məhkəməlik olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Mihriban həyat yoldaşının telefonunda başqa xanımlarla ismarışlarını gördüyü üçün aralarında mübahisə yaranmışdı. Cütlük biri-birini təhqir edib və daha sonra futbolçu xanımına şiddət göstərmişdi.

Mihriban Hurmacı boşanmaq üçün məhkəməyə müraciət edib və şiddətə məruz qaldığı üçün də şikayətçi olub. Özer Hurmacı da təhdid olunduğu üçün məhkəməyə müraciət edib. Bu səbəbdən Özerin 3 il 6 ay, Mihribanın isə 5 il 6 ay həbsi tələb olunur.