"Çirkli pullar və məhəbbət" serialındakı rolu ilə yenidən gündəmə gələn aktrisa Nebahat Çehrə dünən İstanbul restoranlarından birinin qarşısında paparassilərə tuş gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxbirlərlə söhbət edən aktrisa istirahətlə bağlı planlarından danışıb.
Bu yay bikini geyinəcəyini deyən N.Çehre daha sonra "amma şəklimi çəkməyin. Vücuduma yaraşsa da, yaşıma yaraşmır" deyə fotoqraflardan xahiş edib.
Xatırladaq ki, 2012-ci ildə mediada 70 yaşlı aktrisanın bikinili fotoları yayılmışdı.